Rafael Ağayevə yüksək vəzifə verildi

Video

18.02.2025 18:16

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib. 

TodayPress xəbər verir ki, MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.     

Onlar  MOK-un növbəti 4 il müddətinə fərdi üzvü kimi qəbul edilib. 

Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb. (prosport.az) 

tag: Olimpiya,MOK,Üzv,Rafael Ağayev,Todaypress.az