Quru sərhədlər açıla bilər – Deputatlardan AÇIQLAMA
Video
14.06.2024 10:56
Sosial şəbəkələrdə bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri ərəfəsində quru sərhədlərin açılacağı ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı TodayPress-ə danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu barədə konkret fikir bildirmək çətindir:
“Çünki bu məsələlər səlahiyyətli orqanlar tərəfindən daima öyrənilir və müvafiq tədbir görülür. Ölkə vətəndaşlarının quru sərhədlərdən istifadə məsələsi müəyyən faktorlara görə bağlıdır. İlk uyğun şəraitdə Azərbaycanda hansı tədbirin keçiriliməsindən asılı olmayaraq quru sərhədlər açılacaq”.
Millət vəkili Vüqar İsgəndərov isə məsələ ilə bağlı TodayPress-ə danışarkən COP29 ərəfəsində quru sərhədlərin açılmasını istisna etməyib:
“COP29-un başlamasına az bir müddət qalmış, noyabr ayına yaxın bütün bu məsələlər aydınlaşacaq. Dövlət hər şeyi ölçüb biçir. Uyğun görülsə quru sərhədlər açılacaq”.
Bütün hallarda ərazi bütövlüyümüzün bərpa olunduğunu, ölkədə stabilliyin gücləndiyini, eyni zamanda pandemiyanın səngidiyini nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərin açılmasının müzakirəsi məqsədəuyğun olardı.
Günəş Mərd
tag: Quru Sərhədlər, Deputat, Açıqlama, COP29, Aydın Mirzəzadə