Qurban Berdıyev “Turan Tovuz”da
Video
12.06.2024 15:29
“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.
TodayPress xəbər verir ki, mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
“Turan Tovuz”u türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.
Namiq HUN
tag: Qurban Berdıyev, Turan Tovuz, Məşqçi, Ayxan Abbasov, todaypress.az