Qrup mərhələsi hara getdi? - Çempionlar Liqası yeni formatda
Video
09.09.2024 15:59
2024/2025-ci illər mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək.
TodayPress xəbər verir ki, klubların hər biri dörd komanda olmaqla səkkiz qrupa bölünməsi ləğv ediləcək.
36 komandanın vahid sıralamada yer alacağı İsveçrə sistemi fəaliyyət göstərəcək. Qrup mərhələsi 8 turdan ibarət olacaq və hər birində komandanın fərqli rəqibləri olacaq (əvvəl 3 rəqiblə 6 tur idi).
Püşkatma süni intellektdən istifadə etməklə hibrid üsulla həyata keçiriləcək.
Komandalar evdə və səfərdə 4 oyun keçirəcək, bundan sonra ilk 8-lik avtomatik olaraq pley-off mərhələsinə vəsiqə qazanacaq.
9-24-cü yerləri tutan klublar turnirin növbəti mərhələsində iştirak hüququ verən daha 8 vəsiqə uğrunda mübarizə aparacaqlar.
25-36-cı yerləri tutan komandalar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
Namiq HUN
tag: Qrup Mərhələsi, Komanda,İsveçrə, Püşkatma, Mübarizə, todaypress.az