Qrenlandiya əriyəcək və Atlantik okeanı daşacaq?
Video
28.11.2024 10:15
Qrenlandiyanın əriməsi müxtəlif fəsadlara səbəb olacaq.
TodayPress xəbər verir ki, Almaniya və Çindən olan iqlimşünaslar qrupu qarşıdakı illərdə Qrenlandiya buzlaqlarının əriməsindən gələn şirin suyun axınının Atlantik Meridional Dövriyyənin yavaşlaması kimi nəticələri olacağını aşkar edib.
Atlantik Meridional Dövriyyəsi eyniadlı okeanda körfəz axınını da əhatə edən mühüm cərəyandır. O, yuxarı okeanda şimala doğru hərəkət edən isti, duzlu su axınından və dərinliklərdə cənuba qayıdan soyuq, sıx suyun tərs axınından ibarətdir. Bu cərəyan qlobal iqlim sistemində və Avropada hava şəraitinin formalaşmasında mühüm rol oynayır.
Yaxın gələcəkdə müxtəlif şirin su mənbələrinin bu cərəyana təsirini qiymətləndirmək üçün alimlər Alfred Vegener İnstitutunun iqlim modelindən istifadə ediblər. Model Atlantik Meridional Dövriyyəyə daxil olan əsas şirin su mənbələrini nəzərdən keçirib.
Şirin su axını cərəyanın sürətini azaldır və isti suyun şimala axını ləngiyir. Bu isə qlobal iqlim sistemində potensial dəyişikliklərə işarə edir. Alimlər Avropada müxtəlif qasırğaların intensiv hal alacağı, yaxud Avropanın su altında qalacağını deməkdən çəkinirlər. Çünki proqnoz üçün əlavə tədqiqat tələb olunur.