Qrenlandiya buzlağı kritik həddə çatır
Video
17.02.2025 17:23
Qrenlandiyanın buz qalxanı hazırda 1,7 milyon kvadrat kilometrdən çox ərazini əhatə edir və Şimal yarımkürəsindəki ən böyük şirin su ehtiyatıdır. Lakin son illərdə bu buz örtüyü sürətlə əriməyə başlayıb.
TodayPress xəbər verir ki, “The Cryosphere”də yeni tədqiqat yayımlanıb.
Belə ki, 1980-ci illərdən bəri buz qalxanı 1 trilyon tondan çox kütlə itirib.
Son on ildə ərimə sürəti altı dəfə artıb. Son araşdırmalara görə, hər saat orta hesabla 30 milyon ton buz yox olur.
Yeni tədqiqat buz qalxanının geri dönülməz ərimə nöqtəsini müəyyən edib. Norveçin Bjerknes İqlim Tədqiqatları Mərkəzindən doktor Mikele Petrini və komandası buz kütləsinin azalmasını modelləşdirərək, buz qalxanının tamamilə əriməsi ehtimalını qiymətləndiriblər.
Onların hesablamalarına görə, bir il ərzində 230 qiqaton (230 milyard ton) buz itirildiyi halda, bu, sənaye dövründən əvvəlki dövrlə müqayisədə 60%-lik itkiyə bərabərdir. Bu hədd buz qalxanının tamamilə əriməsinə yol aça bilər.
Alimlər qeyd edir ki, əgər ərimə bu templə davam etsə, geoloji zaman ölçüsü ilə 8 – 40 min il ərzində Qrenlandiyanın buz qalxanı tamamilə yox ola bilər. Bu isə qlobal dəniz səviyyəsinin kəskin qalxmasına və ekoloji fəlakətlərə səbəb ola bilər.
Qiymət Mahir
tag: Qrenlandiya,Buz qalxanı,Şimal yarımkürəsi,Norveç,todaypress.az