Qoz-fındığın bilinməyən faydası
Video
29.06.2024 12:51
Yüksək kalorili olmasına baxmayaraq, gündə 40-85 qram qoz-fındıq yesək, bir müddət sonra 1,3-7,2 kq arıqlaya bilərik.
TodayPress xəbər verir ki, bu barədə “HealthDay” məlumat yayıb.
Araşdırmalar göstərib ki, qoz-fındıq insanda toxluq hissi üçün vacib olan və insanı əlavə kalori qəbul etməkdən qoruyan faydalı doymamış yağlar, bitki zülalları və pəhriz lifləri ilə zəngindir.
Fındıq həmçinin beynin, ürəyin və bağırsaqların sağlam vəziyyətini qorumağa kömək edir.
Qeyd edək ki, tərkibində E vitamininin olduğuna görə qoz-fındıq yaddaşı gücləndirir, yaşlı insanlarda yaddaş zəifliyinin inkişaf etməsi ehtimalını azaldır.
Kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen və müxtəlif vitaminlər, yağ turşuları, zülallarla zəngin olan qoz, fındıq, badam, yerfındığı və hind qozu ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvarı vəzi xəstəlikləri olanlar üçün də çox xeyirlidir.
Günəş Mərd
tag: Qoz, Fındıq, Məsləhət, Ürək, Araşdırmalar, Kalori, todaypress.az