Qoyun əti niyə bahalaşır? - AÇIQLAMA

Video

26.02.2025 12:31

“Ölkəmizdə qoyunların yetişdirilməsi üçün yem bazası hər il getdikcə daralır. Qoyunlara baytar qulluğu etmək üçün əlavə xərclər tələb edilir. Eyni zamanda yem tədarükü ilə bağlı narahatlıqlar var. Bütün bunlar nəticədə qoyun ətinin qiymətinin baha olmasına gətirib çıxarır”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında müşahidə edilən azalma ilə bağlı TodayPress-ə danışarkən deyib. 

Ekspert hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə xüsusən Kəlbəcər zonasında böyük qoyunçuluq təsərüffatlarının yaradılması istiqamətində görülən işlər davam etdirilsə, bu, müsbət nəticə verəcək:   

“Azad edilmiş ərazilərdə sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, həmin zonalarda böyük qoyunçuluq təsərüffatları yaransın. O zaman qiymətlər aşağı düşə və qoyun ətinə tələbat lazımi səviyyədə ödənilə bilər”. 

Qeyd edək ki, hazırda paytaxtda ət kəsimi məntəqələrində qoyun ətinin qiyməti 17-19;  mal ətinin qiyməti 16-20; quzu ətinin qiyməti isə 21-22 manat arasında dəyişir.   

Nicat Osman

tag: Eyyub Hüseynov ,İstehlak,Qoyun əti,Mal əti,Qiymət,Todaypress.az