Qiyamət günü üçün bunker tikilir
Video
25.01.2025 18:45
ABŞ-də varlılar üçün hovuzları olan bunker tikiləcək.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Amerikanın SAFE şirkəti nüvə müharibəsi zamanı dünyanın ən zəngin insanları üçün “qiyamət günü bunkerinin” tikintisi və interyerinin təfərrüatlarını açıqlayıb.
"Aerie" (Qartal yuvası) adlı bunkerin ABŞ-nin Virciniya ştatında inşası planlaşdırılır. 300 milyon dollara başa gələcək yeraltı kompleksdə üzgüçülük hovuzları, dəbdəbəli yaşayış yerləri, restoranlar, boulinq meydançaları və dırmaşma divarı olacaq. Bundan əlavə, bunkerin sakinləri süni intellektə əsaslanan tibbi yardımdan istifadə edə biləcəklər.
Dünyanın ən zəngin 625 adamı üçün nəzərdə tutulan lüks bunker 2026-cı ildə açılacaq, varlılar orada yaşamaq üçün 20 milyon dollar ödəməli olacaqlar. Layihə müəlliflərinin fikrincə, bunkerin inşasının siyasi gərginlik və üçüncü dünya müharibəsi qorxusu ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, inşa ediləcək bunker dünyada ilk belə sığınacaq deyil və bəzi məşhurlar, məsələn, aktyor Tom Kruz, media maqnatı Mark Zukerberq artıq öz yeraltı bunkerlərini tikdiklərini etiraf ediblər.