Qeyri-adi canlı alimləri heyrətə gətirdi
Video
02.12.2024 12:22
Son 15 ildə bir qrup alim Ekvadorun şimal-qərbində yerləşən, sıx tropik meşələrlə örtülü Esmeraldas əyalətinə bir sıra ekspedisiyalar həyata keçirib. Bu tədqiqatlar zamanı onlar unikal xüsusiyyətlərə malik yeraltı ilbizi aşkar ediblər.
TodayPress xəbər verir ki, tapılan ayaqsız canlı suda-quruda yaşayanların bir növüdür. Ona daha çox Cənubi Amerikanın tropik meşələrində rast gəlinir və gizli həyat tərzi ilə seçilir.
Aşkar edilən ilbiz öz qeyri-adi görünüşü ilə alimlərin marağına səbəb olub. Onun başında iynəyə bənzər, geriyə əyilmiş böyük dişlər var. Xarici görünüşcə soxulcana bənzəsə də, həyat tərzi və qidalanma üsulu bu canlını əhəmiyyətli dərəcədə fərqləndirir.
Alimlərin fikrincə, ilbizin əyri, iynəvari dişləri yeraltı tunellərdə şikar tutmaq və saxlamaq üçün təkamül edib.
Həmçinin, tapılan canlının başqa bir diqqətçəkən xüsusiyyəti zəhər ifraz etməsidir. Bu təbii toksin ilbizi potensial yırtıcılardan qorumaq üçün istifadə edilən müdafiə mexanizmidir.