Qərb silah çatışmazlığı ilə bağlı Ukraynaya xəbərdarlıq etdi
Video
06.08.2024 15:57
“Ukrayna Silahlı Qüvvələri Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi səbəbindən yeni uzaqmənzilli Amerika raketləri almaya bilər”.
TodayPress xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris müsahibəsi zamanı danışıb.
“İsrail cavab zərbələri endirmək üçün raketlərdən istifadə etmək istəsə, o, uzun mənzilli raketlərin tədarükü üçün ABŞ-yə müraciət etməli ola bilər ki, bu da Ukraynaya verilə biləcək raketlərin sayının azalmasına gətirib çıxara bilər” deyə o, bildirib.
Ekspert əlavə edib ki, hadisələr bu cür inkişaf edərsə, Ukraynada silah çatışmazlığı ilə bağlı kritik vəziyyət daha da ağırlaşacaq.
Töhfə Səməd