Qərb Kiyevə Rusiyanı vurmağa icazə verdi: Kremlin cavabı nə olacaq?
Video
21.09.2024 09:03
Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul edib.
TodayPress-in xəbərinə görə, sənədin lehinə 425, əleyhinə isə 131 deputat səs verib. 63 nəfər isə bitərəf qalıb. Qətnamədə deyilir ki, məhdudiyyətlər ləğv olunmadığı üçün Ukrayna indiki şəraitdə özünümüdafiə hüququnu tam şəkildə həyata keçirə bilmir.
Sənəddə həmçinin Ukraynaya təchiz olunan silah-sursat və hərbi texnikanın azlığı da xüsusilə vurğulanır, Avropa İttifaqı və NATO Ukraynanın hər il ümumdaxili məhsulunun 0,25 faizi həcmində silah və hərbi texnika ilə təchiz etməklə bağlı öhdəlik götürməyə çağırılır.
Qətnamənin mətnində Avropa İttifaqının Rusiya da daxil olmaqla Belarus və Rusiya tərəfini silah və hərbi texnika ilə təmin edən ölkələrə qarşı sanksiyaları gücləndirməli olduğu qeyd edilir.
Sənədin müddəaları arasında Rusiyanın Aİ ərazisindəki aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi məsələsi də yer alıb.
Qətnamədə bildirilib ki, Rusiya-Ukrayna münaqişəsinin həllini nəzərdə tutan istənilən qərar və ya qətnamə istisnasız olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır.
Bütün bunlarla yanaşı, Avropa Parlamenti Aİ və onun tərəfdaşlarını dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya yönəldilməsi üçün hüquqi mexanizmlər hazırlamağa çağırıb.