Qərb Cənubi Qafqazda destruktiv mövqe nümayiş etdirir
Video
08.08.2024 15:02
“Qərb Cənubi Qafqazda dağıdıcı gündəm yaratmağa çalışır, məqsədi isə regionu parçalamaq və Rusiya ilə tarixi əlaqələri məhv etməkdir”.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, əlavə edib ki, ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istədiyi barədə bəyanatları əsassızdır, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr bütün sınaqlara tab gətirəcək.
“Bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir - dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir. Faktiki baş verənlərlə heç bir əlaqəsi yoxdur” deyə Zaxarova qeyd edib.
Töhfə Səməd
tag: Qərb, Cənubi Qafqaz, Zaxarova, ABŞ, Rusiya, Ermənistan, todaypress.az