Qədim pandanın fosilləşmiş qalıqları tapıldı
Video
02.10.2024 12:16
Almaniyanın Bavariya federal əyalətindəki Allgau regionunda bugünkü pandaların əcdadına aid sümükləri aşkarlanıb.
TodayPress xəbər verir ki, bu barədə Tübingen Universitetinin insan təkamülü və paleomühit üzrə senkkenberq mərkəzindən olan beynəlxalq tədqiqat qrupunun məlumatında deyilir. Tədqiqat qrupuna Hamburq, Frankfurt, Madrid və Valensiyadan olan alımlər daxildir.
Araşdırmalar zamanı məlum olub ki, qədim pandanın rasionu indiki qonur ayıların bitki-heyvan qarışıq qidalanmasına uyğun gəlir. Onlar müasir qəhvəyi ayılardan kiçik olsalar da, çəkiləri 100 kiloqramdan çox olub.
Tədqiqat zamanı qədim pandadan başqa daha 27 növ yırtıcı heyvanın fosilləşmiş qalıqları tapılıb.