Qazaxıstan AZAL-ın qəza təhqiqatı hesabatını tamamlayacağı tarixi açıqladı

Video

20.02.2025 16:35

Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır.   

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib. 

"Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə olunan icrasının tələblərinə və standartlarına uyğun olaraq bir illik araşdırma gedir. Müvafiq olaraq, təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır" Lastayev Aktau yaxınlığındakı təyyarə qəzasının təhqiqatının müddətinə dair sualı cavablandırarkən deyib.   

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. 

Töhfə Səməd

tag: AZAL,Təyyarə,Qəza,İstintaq,todaypress.az