Qatıq xərçəng xəstəliyindən qoruyur

Video

14.02.2025 18:17

Massaçusets xəstəxanasının alimləri müəyyən ediblər ki, həftədə iki dəfə qatıq yemək kolorektal xərçəngin inkişaf riskini azaldır. 

TodayPress xəbər verir ki, "Gut Microbes" jurnalı məlumat yayıb. 

Tədqiqatda 100 000 qadın tibb bacısı və 51 000 kişi tibb işçisinin sağlamlıq və qida rasionu barədə məlumatlarından istifadə edilib.   

Birinci qrupda 1976-ci ildə, ikinci qrupda isə 1986-cı ildə doğulanlar monitorinq olunub. Tədqiqatçılar iki tədqiqat qrupunda ümumilikdə 3079 kolorektal xərçəng diaqnozunu aşkar edib.   

Nəticələr göstərib ki, həftədə bir porsiya qatıq yeyən şəxslərdə xərçəng xəstəliyinin inkişaf riski azalıb. 

Qeyd edək ki, bifidobakterium proksimal kolorektal xərçəng yoğun bağırsağın sağ hissəsində meydana gələn bir şiş növüdür.     

Elm adamları qatığın bağırsaq mikrobiomunu, o cümlədən bifidobakteriyaların fəaliyyətini dəyişdirə biləcəyini ehtimal edirlər. Bu, qatığın iltihab əleyhinə xüsusiyyətləri ilə də izah olunur.   

Nicat Osman

tag: Qatıq,Xərçəng,Tədqiqat,Alimlər,Todaypress.az