Qarğalar da insanlar kimi saya bilirmiş

Video

08.07.2024 10:51

Aparılan araşdırmalar nəticəsində qarğaların 4-ə qədər saya bildikləri aşkar edilib.

TodayPress xəbər verir ki, Almaniyadakı Tübingen Universitetinin heyvan fiziologiyası laboratoriyası ilə tədqiqatçılar qrupunun rəhbərlik etdiyi yeni araşdırmaya görə, bu maraqlı canlılar təkcə saymaqla kifayətlənmir,həm də onlara göstərilən rəqəmin sayına uyğun səslər də çıxara bilirlər.

Quşların rəqəmləri tanıması və onlara reaksiya verməsi biz insanların həm körpə ikən saymağı öyrənmək, həm də baxdığımız obyektlərin sayını tez tanımaq üçün istifadə etdiyimiz prosesə bənzəyir. Qarğaların intellekti haqqındakı bu tapıntılar “Science” jurnalında dərc edilib.

Heyvanlar aləmində saymaq yalnız qarğalarla məhdudlaşmır. Belə ki, insanlar şimpanzelərə körpə uşaqlar kimi ədədi ardıcıllıqla saymağı və rəqəmlərin dəyərini başa düşməyi öyrədiblər. Hətta elm adamları qarışqaların addımlarını sayaraq öz koloniyalarına geri qayıtdıqları nəzəriyyəsini də irəli sürüblər.

Bu son araşdırma göstərdi ki, qarğalar, insanlar kimi, rəqəmləri dəyərlərlə əlaqələndirməyi öyrənə və müvafiq olaraq yüksək səslə saya bilərlər.

Nəzrin Cavadzadə

tag: Qarğalar, Saymaq, Heyvanlar, Rəqəmlər, Almaniya, todaypress.az