“Qarabağ”ın qapısını Fabiyan Buntiç qoruyacaq
Video
11.06.2024 12:44
Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran “Qarabağ” onun yerini xorvat qolkiperlə dolduracaq.
TodayPress xəbər verir ki, Portuqaliyanın “Vizela” klubunda çıxış edən Fabiyan Buntiç yeni mövsümdən Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq.
Qeyd edək ki, Fabiyan Buntiç “Ştutqart” klubunun yetirməsidir. Qolkiper bu klubun U-19 komandasında oynayıb. O, 2016-cı ildə “İnqolştadt”a keçib. Fabiyan, 6 illik “İnqolştadt” dönəmindən sonra 2022-ci ildə “Vizela”ya yollanıb. O, son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxıb. Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.
Namiq HUN
tag: Qarabağ, Fabiyan Buntiç,Rusiya, Andrey Lunyov, todaypress.az