Qarabağda Ermənistan ordusunun HHM sistemi tapılıb
Video
27.05.2024 12:35
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən
antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan
silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş
mövqeyinə baxış keçirilib.
Xocalı rayonunda aşkar olunan hərbi obyektdən
istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə
daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə
"2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan
zenit-raketləri ərazidən müsadirə edilib.