“Qarabağ” Zaqrebə itki ilə yollanır - Qurban Qurbanov nə edəcək?
Video
19.08.2024 16:11
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” Zaqreb klubu ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
TodayPress xəbər verir ki, “Maksimir” stadionundakı matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Qlenn Niberqin köməkçiləri Mahbod Beigi və Andreas Söderkvist olacaqlar. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ"ın iki aparıcı futbolçusu, Marko Veşoviç və Marko Yankoviç "Dinamo" ilə matçları buraxacaq. Müdafiəçi Veşoviç 2-3, yarımmüdafiəçi Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Monteneqrolu futbolçuların hər ikisinin əzələsində problem aşkarlanıb.
Qeyd edək ki, “Dinamo” - “Qarabağ” matçı avqustun 20-də saat 23:00-da başlayacaq.
Namiq HUN