“Qarabağ” AL matçına üç itki ilə çıxacaq

Video

12.12.2024 12:14

“Qarabağ” klubu UEFA Avropa Liqasının Liqa mərləsinin VI turunda “Elfsborq”la oyuna üç itki ilə çıxacaq.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Aleksey İsayev, Kevin Medina və Bəhlul Mustafazadə zədə səbəbindən “Elfsborq”la görüşü buraxacaqlar. 

İsayev qasıq nahiyəsindən əməliyyat olunub. Medinaya baldır əzələsinin gərilməsi diaqnozu qoyulub. 

Oyunun hazırlığı zamanı zədələnən Mustafazadədə isə həkim müayinəsindən sonra budun arxa əzələsinin gərilməsi qeydə alınıb. Bəhlul təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, “Elfsborq” - “Qarabağ” matçı dekabrın 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Namiq HUN

tag: Zədə, Klub, Tur, Mərhələ ,todaypress.az