Qapıçıların vaxt gecikdirmələrinə son qoyulacaq

Video

07.12.2024 09:55

Qapıçıların vaxt gecikdirmələrinə son qoyulacaq

İdman

 

06.12.2024 12:56

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda qapıçılar tərəfindən vaxt gecikdirilməsi ilə bağlı yeni qaydanı sınaqdan keçirir.

TodayPress “The Times”ə istinadən xəbər verir ki, razılıq əldə olunarsa, qapıçısı 8 saniyədən çox oyunu gecikdirən komanda künc zərbəsi ilə cəzalandırılacaq. 

Hakimlər bunun üçün 5-ci saniyədən başlayaraq geri saymalı olacaqlar.

Yeni qaydalar artıq Maltada sınaqdan keçirilib. 

Bu proses İtaliya gənclər çempionatında da davam etdirilə bilər. Lakin orada başqa cəza üsulunun tətbiq edilməsi planlaşdırılır.

Namiq HUN

tag: Qapıçı, Zərbə ,Qol, futbol, todaypress.az