Qapıçılara əlləri ilə oynamağa necə icazə verildi?
Video
19.11.2024 10:56
Çoxları təəccüblənəcək, amma əvvəlcə hətta qapıçılara da futbolda əlləri ilə oynamaq qadağan edilmişdi.
TodayPress xəbər verir ki, qapıçılarla digər oyunçular arasındakı fərqi yalnız onların meydandakı mövqeyi müəyyənləşdirirdi.
Bu, 1863-cü ilə qədər, İngiltərədə ilk futbol qaydaları rəsmi olaraq tətbiq olunana qədər davam etdi.
Onların orijinal versiyasında qapıçılara topu meydanın bütün yarısında idarə etməyə icazə verilirdi.
1912-ci ildə "sahiblik zonası" cərimə meydançası ilə məhdudlaşdı. 1992-ci ildə isə qapıçılara öz oyunçusunun ötürməsindən sonra topu ələ götürmək qadağan edildi.
Sonra daha bir məhdudiyyət yarandı: topu ələ götürdükdən sonra qapıçı onu 6 saniyə ərzində oyuna daxil etməlidir.
Namiq HUN