Qanunsuz tikililər söküldü
Video
04.06.2024 11:34
İmişli rayonunun Qaralar və Göygöl rayonunun Üçtəpə kəndləri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
TodayPress xəbər verir ki, bu bərədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bu çərçivədə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq İmişli və Göygöl Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.