Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
Video
19.11.2024 12:16
Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.
TodayPress xəbər verir ki, vitamin və minerallarla zəngin olan qreypfrut metabolik proseslərə müsbət təsir göstərir və qanı artıq şəkər və xolesterindən təmizləməyə kömək edir. Tərkibində manqan, mis, sink, kalsium, fosfor, kalium və maqnezium var. Bu meyvə bədəni vitaminlərlə zənginləşdirməklə yanaşı, yüksək lif və antioksidant tərkibi sayəsində arıqlamağa da kömək edir.
Qreypfrut həm də qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir, qan təzyiqini normallaşdırır və pis xolesterini “parçalayır”.
Qreypfrutun müntəzəm istehlakı böyrəklərin, sümüklərin, ürəyin və qan damarlarının fəaliyyətinə müsbət təsir göstərir.
Nərmin Tuncay