Polşa sərhədə ordu yeritdi: Belarus narahatlığını dilə gətirdi
Video
09.09.2024 16:07
“Polşa 17 min nəfərə qədər silahlı qüvvələr qrupunu Belarusla sərhədə yaxın əraziyə, 8 min hərbçini isə birbaşa sərhəddə yerləşdirib”.
TodayPress xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç məlumat yayıb.
“Polşa hökuməti bu addımı təhlükəsizliyini gücləndirmək bəhanəsi ilə “Təhlükəsiz Podlasie” əməliyyatı çərçivəsində həyata keçirir” deyə o, vurğulayıb.
Volfoviçin sözlərinə görə, Polşa Litva, Latviya və Estoniya ilə birlikdə Belarusla sərhəddə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir. O, əlavə edib ki, adı keçən ölkədə tankların və döyüş maşınlarının sayı artıb.
Töhfə Səməd