Polşa Belarusla sərhəddə əməliyyata başladı

Video

01.08.2024 12:52

“Belarusla sərhədi qorumaq üçün “Təhlükəsiz Podlasie” kod adlı əməliyyat avqustun 1-dən başlayacaq”.

TodayPress xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat yayıb. 

“Məqsəd sərhədçilərə Polşa-Belarus sərhədində patrul xidmətində kömək etməkdir. Əsgərlər qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizə aparacaqlar” deyə o, əlavə edib.

Bildirib ki, hərbi kontingent 17 minə qədər əsgər və zabitdən ibarət olacaq. Onlardan 8 mini sərhəddə, 9 mini isə ehtiyatda olacaq. 

Bundan başqa, Polşa Belarusla sərhəddə Amerika və Koreya tanklarından ibarət yeni bir diviziya yaratmağa başlayıb. Müdafiə nazirinin sözlərinə görə, bu NATO-nun şərq cinahının gücləndirilməsi istiqamətində müsbət addımdır. Bölmənin tərkibinə Cənubi Koreyanın “K2 Black Panther”, “K9 Thunder” və “Krab” haubitsaları, həmçinin Amerikanın “Abrams”ları daxildir.

Töhfə Səməd


tag: Polşa, Belarus, Sərhəd, Əməliyyat,Amerika, todaypress.az