Polis avtomobil qaçıranları təqib edərək saxladı – ANBAN VİDEO
Video
27.05.2024 11:35
Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə
məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb. Polisin keçirdiyi tədbirlərlə
avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən
edilib.
Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da,
hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə
görə məhkum olunmuş 2001-ci il təvəlüldlü Namiq İsmayilov və həmin vaxt yanında
olan daha bir qadın saxlanılıb. N.İsmayılovdan narkotik vasitə olan heroin də
aşkarlanıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində
araşdırmalar aparılır.