Pezeşkian Azərbaycana gələcək: Tehran Bakı vasitəsi ilə Qərblə dialoqa çalışır? – TƏHLİL

Video

03.04.2025 18:25

“Rəsmi Tehran Bakı ilə əməkdaşlığı gücləndirərək Qərblə dialoq qapısını aralamağa çalışa bilər”.  S

osial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress-ə açıqlamasında deyib.   

O, iki ölkə liderləri arasında baş tutan telefon danışığına diqqət çəkib: 

“Martın 31-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Bölgədə yaşanan hadisələr və iki ölkənin iqtisadi, siyasi əməkdaşlığı telefon danışığında gündəmə gəlib”.   

Ekspert hazırda İran ətrafında cərəyan edən hadisələrə toxunub: 

“Bu gün Tehran ətrafında heç də yaxşı hadisələr cərəyan etmir. Xüsusilə 2023-cü ilin oktyabrında başlayan HƏMAS–İsrail toqquşması artıq daha geniş areala yayılıb: İran İsraili, İsrail İranı, o cümlədən ABŞ prezidenti Donald Tramp artıq İranı birbaşa təhdid edir. Tramp son verdiyi açıqlamada bildirib ki, əgər İran şərtləri qəbul etməsə, bombardmana məruz qalacaq”.   

K.Kazımov ehtimal edir ki, belə çətin vəziyyətdə rəsmi Tehran Bakı ilə əməkdaşlığı gücləndirərək Qərblə dialoq qapısını aralamağa çalışa bilər:   

“Çünki Azərbaycan, yüksələn siyasi nüfuzu və Cənubi Qafqazda lider olması səbəbi ilə, bu gün həm Qərb, həm də İranla uğurlu diplomatik danışıqlar həyata keçirmək potensialına sahibdir. Belə olan təqdirdə, Tehranın Bakıdan bunu xahiş etməsi gözləniləndir”.   

Qeyd edək ki, aprel ayında İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gözlənilir.       

Qiymət Mahir

tag: Tehran ,Bakı ,Qərb,Kazım Kazımov,İlham Əliyev,Məsud Pezeşkian,todaypress.az