Pentaqon dəlil əldə etdi: Pxenyan qoşunlarını Rusiyaya göndərdi

Video

24.10.2024 15:20

“ABŞ-nin əlində Şimali Koreyanın Rusiyaya hərbi qüvvələr göndərdiyinə dair sübutlar var. Lakin Vaşinqton Rusiyanın bunu nə məqsədlə etdiyini anlaya bilmir”. 

TodayPress  “The Washington Post”a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

“Analitiklərimiz məsələni izləməyə davam edirlər. İndi biz Şimali Koreya qoşunlarının Rusiyaya getdiyinə dair çoxlu sübutlar görürük. Vaşinqton hərbçilərin Rusiyada qalma məqsədini müəyyən etməyə çalışır” deyə o, qeyd edib.   

Ostin KXDR hərbçilərinin Ukraynada döyüşmək üçün göndərilməsi ilə bağlı səsləndirilən iddiaları ciddi məsələ adlandırıb.

Qeyd edək ki, oktyabrın 22-də Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə KXDR-dən Rusiya tərəfində döyüşəcək 6 minlik əsgərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatın olduğunu bildirib.   

Günəş Mərd

tag: Rusiya, Pxenyan,ABŞ, Ukrayna, todaypress.az