Paşinyan yeni şou hazırlayır
Video
04.12.2024 18:20
Öz reytinqini yüksəltmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan yeni şou yaradır.
TodayPress xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Nəşrdə Paşinyanın büdcə ilə bağlı verdiyi yeni tapşırığ ələ salınıb.
“Büdcə hesabına ən çox səyahət edən Paşinyan ona biznes-klassda uçan məmurların və onların ailə üzvlərinin siyahısını təqdim etməyi tapşırıb. Məlumat toplandıqdan sonra yeni şou gözlənilir: Paşinyan “az maaşla” bir neçə milyonluq səfərlər edə bilənləri biabır edəcək” nəşr qeyd edib.
Qeyd edək ki, Ermənistanın dövlət büdcəsinin gəlirləri kəskin azalıb. Bu vətəndaşlarda ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır. İddia olunur ki, Paşinyan belə bir göstərişi məhz onların “gözündən pərdə asmaq” üçün verib.
tag: Ermənistan, Paşinyan, Qərbi Azərbaycan, Siyasət, Xarici siyasət, todaypress.az