“Paşinyan ölkəsinin strateji ərazilərini casus şəbəkələrinə satıb” – SENSASİON AÇIQLAMA
Video
25.03.2025 11:57
“Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya siyasətində 180 dərəcə dəyişikliklər baş versə də, o, real iqtisadi göstəriciləri qorumaq üçün zaman-zaman Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayır və saxta addımlar atır”.
Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib.
O, bildirib ki, Rusiya ilə Paşinyan administrasiyası arasında siyasi baxış fərqləri mövcud olsa da, Ermənistanın tamamilə Rusiyanın təsirindən çıxmaq gücünə malik olmadığı açıq reallıqdır.
Ekspertin sözlərinə görə, həm Rusiya rəhbərliyi, həm də Ermənistan siyasi hakimiyyəti tərəfindən bir-birinə qarşı sərt bəyanatlar verilməsinə baxmayaraq, statistik göstəricilər tamamilə fərqli mənzərə ortaya qoyur:
“Belə ki, ötən ilin nəticələrinə əsasən, Rusiya və Ermənistan arasındakı iqtisadi-ticari dövriyyə dəfələrlə artıb. Bu fakt onu göstərir ki, siyasi baxışların fərqli olmasına baxmayaraq, Ermənistanın Rusiyanın forpostluğundan qurtulmaq gücü yoxdur. Bundan əlavə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı geniş ictimai kampaniya aparılsa da, ölkə faktiki olaraq bu təşkilatın üzvü olaraq qalır. Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası da bunu bir daha təsdiqləyir. Bu faktorlar Rusiyanın hələ də Ermənistana ciddi təsir imkanlarının olduğunu göstərir”.
T. İsmayılov digər mühüm məqam olaraq Rusiyada yaşayan ermənilərin çoxluğundan bəhs edib:
“Ermənistan əhalisi təxminən 1,5 milyon nəfər olduğu halda, Rusiyada yaşayan ermənilərin sayı bundan dəfələrlə çoxdur. Əgər Rusiya qanunları sərtləşdirsə və bu insanları ölkədən çıxartsa, Ermənistan hakimiyyəti olduqca çətin vəziyyətə düşəcək”. Analitikə görə, Paşinyan Qərbə yönəlməsinə baxmayaraq, Rusiyaya qarşı körpüləri tam yandırmaqdan çəkinir. O, bildirib ki, Paşinyan hazırda ölkənin strateji ərazilərini Qərb kəşfiyyatına və casus şəbəkələrinə satıb, lakin bunun Rusiyada ciddi narazılıq yaratdığını yaxşı anlayır.
“Məhz bu səbəbdən, Putinə zəng etməklə müəyyən siyasi blefə əl atır. Paşinyanın Rusiyaya qarşı siyasətində 180 dərəcə dəyişikliklər baş versə də, o, real iqtisadi göstəriciləri qorumaq üçün zaman-zaman Putinlə əlaqə saxlayır və saxta addımlar atır. Digər tərəfdən, Fransa, Niderland və digər Qərbi Avropa ölkələrinin Ermənistanı açıq dəstəkləməsi məsələsi də var. Rusiya bundan da narazıdır. Paşinyanın Putinə zəng etməsinin əsas məqsədi ünsiyyəti tam qoparmamaq və siyasi balansı qorumaqdır”.
Qeyd edək ki, martın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putini Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılmasının başa çatması və İrəvanın bu sənədi imzalamağa hazır olması barədə məlumatlandırıb.
Qiymət Mahir