Parlament seçkilərində uduzan Qərb Abxaziya kartını işə saldı

Video

23.11.2024 12:07

“Abxaziyada baş verən aksiyaların təbii proses olması və əhali tərəfindən spontan olaraq qərar verilib həyata keçirilməsi olduqca absurd səslənir”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Əli Zülfiqaroğlu deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışır və bundan sonrakı dövürdə də rəsmi Tbilisinin buna uyğun siyasət aparacağı bəlli məsələdir: 

“Qərb bunu əngəlləmək üçün Gürcüstanda etiraz dalğası formalaşdırmağa, parlament seçkilərinə, hökumətə qarşı təzyiq və xaotik durum yaradaraq hakimiyyəti devirməyə çalışırdı. Lakin bu plan baş tutmadı. Parlament seçkilərində Qərb məğlub oldu. Bundan qəzəblənən həmin qüvvələr Gürcüstana təzyiq göstəmək üçün yeni metodlar axtarmağa başlayıb. Çıxış yolu kimi isə Abxaziyanı tapıblar”. 

Analitikin qənaətincə, bu heç də təsadüfi yaranmış mənzərə deyil. Çünki Gürcüstanın Rusiya ilə bundan sonrakı perspektivləri olduqca yüksəkdir. Bu da Rusiya ilə münasibətlərin düzəlməsi və ərazi bütövlüyünün hər hansısa formada həll olması üçün Gürcüstana yeni imkanlar yaradır. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu istiqamətdəki açıqlamaları da olduqca diqqət çəkir. Çünki o, bildirmişdi ki, Abxaziya və Osetiya müqəddəratlarını özləri həll edəcək, Rusiya bu məsələyə müdaxilə etməyəcək.

Töhfə Səməd

tag: Qərb, Abxaziya,Parlament,Rusiya, Gürcüstan, todaypress.az