“Olimpiya Oyunlarında yaxşı çıxışla xalqımızı sevindirmək istəyirik”
Video
11.07.2024 11:24
“Hazırda fiziki göstəricilərimizi artırmaq üçün məşqlərimizi davam etdiririk. Ümid edirəm ki, bu bizə xeyirli olacaq”.
Bunu TodayPress-ə yunan-Roma güləşi üzrə Dünya, Avropa çempionu və Olimpiya mükafatçısı Rafiq Hüseynov deyib:
“Fiziki göstəricilərimizi artırdıqdan sonra daha çox güləş məşqlərinə üstünlük verəcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Əlbəttə ki, yarışda fors major vəziyyət çox olur. Amma biz bunlara fikir vermirik. Bizim üzərimizə düşən iş məşq etməkdir. Şükürlər olsun ki, ağır zədəlilərimiz yoxdur. Yəqin ki, Olimpiya Oyunlarında bizdə yaxşı çıxışla xalqımızı sevindirəcəyik”.
Qeyd edək ki, Paris Olimpiadası Rafiq Hüseynovun 2-ci multi-idman oyunları olacaq. 36 yaşlı bahadırımız Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Hüseynov elə həmin il İtaliyanın paytaxtı Romada Avropa çempionu tituluna sahib çıxıb.
O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya çempionatının qalibi olub. 2022-ci ildə isə Avropa çempionatının qızıl medalını qazanıb.
Namiq HUN
tag: Olimpiya, Rafiq Hüseynov, Oslo, Dünya,Avropa Çempionu, todaypress.az