Olimpiya məşəlinin estafetində görün nələr baş verdi
Video
19.06.2024 12:03
Fransa Daxili İşlər Nazirliyi Olimpiya məşəlinin estafetinə müdaxilə etmək
üçün 23 cəhdin qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin
məlumat verib. O, bu barədə sosial şəbəkələrdə yazıb: “Daxili İşlər Nazirliyinin
hazırlığı və artan sayıqlığı sayəsində məşəlin estafeti ilə bağlı olimpiya
tədbirlərinin davamlı keçirilməsini pozmağa yönəlmiş 23 cəhdin qarşısını almaq
mümkün olub”. Olimpiya məşəlinin estafetinə təkcə Olimpiadanın birbaşa
əleyhdarları deyil, həm də Fələstin tərəfdarları, iqlim dəyişikliyi ilə
mübarizə aparan və miqrantların hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar
mane olmağa çalışıblar. Olimpiya məşəli mayın 8-də Yunanıstandan Fransaya
gəlib. O, qədim yelkənli “Belem” gəmisində Marselə aparılıb. Ölkə üzrə Olimpiya
məşəlinin estafeti iki aydan çox davam edəcək və iyulun 26-da Stad de Fransda
Oyunların açılış mərasimində başa çatacaq. Bu müddət ərzində Olimpiya məşəli 12
min kilometr məsafə qət etməlidir. Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan
avqustun 11-dək keçiriləcək.
tag: Olimpiya, Məşəl, Fransa, Daxili İşlər Nazirliyi, Cerald Darmani, todaypress.az