“Old Trafford” stadionunu su basdı

Video

15.06.2024 11:43

“Arsenal”a məğlubiyyətdən sonra “Mançester Yunayted”in “Old Trafford” stadionunu su basıb. Premyer Liqanın 37-ci turunun “Arsenal”la oyunundan (0:1) sonra “Mançester Yunayted”in doğma stadionu “Old Trafford” zədələnib. Görüş leysan yağış altında baş tutub. “Old Trafford”un damı suyun təzyiqinə tab gətirə bilməyib, nəticədə tribunalar qismən su altında qalıb. Bu vəziyyət qarşılaşma başa çatdıqdan sonra stadionu tərk etmək istəyən bir sıra azarkeşlərə mane olub. Futbol meydannında böyük gölməçələr əmələ gəlib. Qonaqların paltardəyişmə otağı da su altında qalıb. 

2012-ci ildən bəri Old Traffordda damın sızması problemi var. Klub bu il 114 yaşı tamam olan stadionun taleyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən buna diqqət yetirmir. "Mançester Yunayted" rəhbərliyi yeni stadion tikmək və ya Old Trafford tarixində doqquzuncu rekonstruksiyanı həyata keçirmək barədə qərar verə bilmir.

tag: Old Trafford, Su, Stadion, Arsenal, Premyer Liqa, todaypress.az