“Nürnberq" Emrelinin ayrılma şərtini açıqladı
Video
18.02.2025 18:23
“Nürnberq” klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi "Seul"dan təkmilləşdirilmiş təklif olmayıb:
“Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq”.
Joti Emrelinin məşqlərə başladığını da söyləyib:
“Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir “Nürnberq” üçün oynamağa davam edəcək və qollarını da vuracaq”.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayından “Nürnberq” klubunda çıxış edir.
Namiq HUN
tag: Nürnberq,Cənubi Koreya ,Mahir Emreli,Joti ,Todaypress.az