Novruz bayramında əfv olacaq? - RƏSMİ AÇIQLAMA

Video

27.02.2025 16:42

“Hazırda əfv olunma ilə bağlı müraciətlərə baxılır”.   

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bunu TodayPress-ə danışarkən deyib.   

O qeyd edib ki, müraciətlərə baxıldıqdan sonra bütün rəylər Prezident İlham Əliyevə təqdim olunacaq. Bununla da kimlərin əfv olunub-olunmayacağı ilə bağlı yekun qərar qəbul ediləcək.   

“Lakin əfv sərəncamının verilmə tarixi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. İclaslar davam edir. Mart ayında da görüşlər keçiriləcək”.  Komissiya üzvü diqqətə çatdırıb ki, bu il həm də “Konstitusiya və Suverenlik İli”dir. Bu münasibətlə də əfv sərəncamı imzalana bilər.       

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının növbəti iclası fevralın 27-də keçiriləcək. Bundan öncə, fevralın 12-də keçirilən iclasda isə 100-dən artıq müraciət müzakirə olunub.     

Töhfə Səməd

tag: Əfv,Sərəncam,Azərbaycan,Novruz bayramı,Todaypress.az