Növbə miqrantlara çatdı – Rusiya 10 minə yaxın mühaciri müharibəyə göndərdi
Video
28.06.2024 10:57
“Rusiya vətəndaşı olan 10 minə yaxın miqrant xüsusi əməliyyat zonasına göndərilib”.
TodayPress “Rbc.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.
Onun sözlərinə görə, bir il əvvəl Rusiya İstintaq Komitəsinin bölmələri miqrantlarla işləmək üçün yerli qruplar yaradıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə reydlər keçirib:
“Yoxlamalar zamanı vətəndaşlıq qəbul etmiş, lakin qeydiyyatdan keçmək istəməyən 30 mindən çox şəxs aşkarlanıb. Onları qeydiyyata almışıq və onların 10 minə yaxını Ukraynadakı döyüşlərə cəlb edilib” deyə o qeyd edib.
Günəş Mərd
tag: Miqrant, Rusiya, İstintaq, Komitə,Müharibə, todaypress.az