Nizami rayonunda narkokuryerlər saxlanılıb
Video
27.05.2024 12:31
Nizami rayonunda narkokuryerlər saxlanılıb.
Onlardan 10 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu
aşkarlanıb.
Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə
Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində əvvəllər
məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi
avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu
aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı
paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi
5 kiloqram marixuana aşkar olunub. A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla
araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən
narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Onlar narkotikləri maddi qazanc müqabilində
deyiləcək ünvanlara yerləşdirməli imişlər. Faktlarla bağlı araşdırmalar davam
etdirilir.