Nəsimi rayonunda “ABAD HƏYƏT” sakinlərin istifadəsinə verildi - FOTO

Video

27.12.2024 13:33

1 əsrə yaxın yaşı olan Nəsimi rayonundakı bu həyət qış vaxtı olsa da yaşıl örpəyə bürünüb. Xeyli sayda şam ağacı və 500-ə yaxın mövsimi güllər məhəllənin hər tərəfini bəzəyib.

TodayPress xəbər verir ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar da qoyulub.

Binanın daimi sakinlər bildirirlər ki, 1932-ci ildə tikilən bu binalar o gündən bu yana heç vaxt təmir üzü görməyib. Lakin indi onların da həyəti abadlaşıb. Sakinlərin də qeyd etdiyi kimi, daha əvvəl həyətdə uşaqların oynaması üçün kifayət qədər qurğu olmayıb. Mövcud olanlar isə sınıq-salxaq və əlvəreşsiz şəraitdə imiş. Lakin indi binanın balaca sakinləri və gənclər olduqca xoşbəxt və sevinclidirlər. Çünki onların asudə vaxtını səmərəli keçirmələri üçün geniş oyun meydançası və idman qurğuları quraşdırılıb. 

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır, hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.

Qeyd edək ki, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır.

Töhfə Səməd

tag: Abad ,Həyat, Ağaclar ,Yaşayış, Kompleks,todaypress.az