“Neftçi” ilk dəfə Azərbaycanı ÇL-də təmsil edəcək
Video
08.07.2024 11:17
Qadın futbolçulardan ibarət Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci mərhələsindəki rəqibləri ilə bağlı xəbər vermişdik. Püşk Çempionlar yolunun 2-ci qrupunda yer alan “ağ-qaralar”a yarımfinal mərhələsində “Sent Polten” (Avstriya) klubunu rəqib seçdi. Dördlükdə “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) klubları da var. Amma “Neftçi” Çempionlar Liqasında ilk olaraq Avstriya klubunu sınağdan keçirəcək.
“Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdir”.
Bunu "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov mövzu ilə bağlı TodayPress -ə açıqlamasında deyib. Onun sözlərinə görə, komanda güclü futbolçulardan ibarət heyətə malikdir.
“Avstriya klubu çox keyfiyyətli rəqibdir. Beynəlxalq təcrübəsi olan kolllektivdir. İllərdir onlar qrup mərhələlərində yarışırlar. Amma ona baxmayaraq, biz “Neftçi” olaraq bu komanda ilə oyuna maksimum hazırlaşacağıq. Sentyabra qədər rəqibin oyunlarını hərtərəfli təhlil edəcəyik”.
Yeni həftədən çempionumuzun məşqləri bərpa olunacaq. S.Əsgərov komandanın hazırlıq planları barədə də danışıb.
“Ölkə daxilindən olan bəzi oyunçularla danışıqlar aparırıq. Onları klubumuza cəlb etmək istəyirik. Eləcə də, ölkə xaricindən olan futbolçularla da əlaqə saxlayırıq. Komandada boşluq olan mövqelərə yaxşı oyunçuları cəlb etməyi düşünürəm. Bu ilkdir. Azərbaycanımızı “Neftçi” komandası təmsil edəcək. Düzünü desəm, ilklər həmişə çətin olur. Amma önəmli olan birinci oyundan istədiyimiz nəticəni ala bilsək, digər klublarla bərabər mübarizə apara bilərik”.
“Neftçi” klubu sentyabrın 4-də yarımfinalda “Sankt Polten”(Avstriya) ilə qarşılaşacaq. Bakı klubu uğurlu çıxış müqabilində “Lançxuti”(Gürcüstan) - “Vlajniya” (Albaniya) cütünün qalibi ilə sentyabr ayının 7-də finalda oynayacaq. Elə həmin gün 3-cü yer uğrunda qarşılaşma da baş tutacaq. Çempionlar yolunun 2-ci qrupunun qalibi 2-ci mərhələyə yüksələcək.
Namiq HUN
tag: Neftçi, Azərbaycan, Avstriya, Albaniya, Final, todaypress.az