"Neftçi" baş məşqçi seçimini etdi? - Klub rəsmisi iddialara cavab verdi

Video

10.10.2024 14:15

"Neftçi"nin yeni baş məşqçisi bəlli olmaq üzrədir. Ölkə mətbuatının verdiyi xəbərə görə, "ağ-qaralar" artıq bununla bağlı qərarını verib. Yerli media iddia edir ki, paytaxt təmsilçisi bu posta Samir Abasovu gətirmək niyyətindədir.

TodayPress olaraq məsələnin doğrululğunu araşdırdıq. Bununla bağlı “Sumqayıt” klubuna sorğu ünvanladıq. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bu yazıları çox böyük təəccüb hissi ilə KİV-dən oxuduğunu bildirdi:

“Klub olaraq, bizə nə Samir Abasovun özü, nədəki iddialarda adı səslənən digər klub tərəfindən hansısa bir müraciət daxil olub. Həm Abasov, həm də “Sumqayıt” klubunun prezidenti qəti şəkildə təkzib edirlər bu iddiaları. Faktiki Samir Abasovun “Sumqayıt” futbol klubu ilə davam edən müqaviləsi var. Müqavilənin şərtlərinə uyğun olaraq Abbasov vəzifə öhdəliklərini yerinə yetirir. Hazırda komandanı növbəti oyunlara hazırlamaq üzrə çalışır”.  

Xatırladaq ki, Samir Abasov 2020/22-ci illərdə "ağ-qaralar"ı çalışdırıb. Onun rəhbərliyi ilə komanda 2021-ci ildə Azərbaycan Premyer Liqasının qalibi olub. 

Namiq HUN

tag: Neftçi ,Azərbaycan ,Premyer Liqa, Sumqayıt ,todaypress.az