Naxçıvandakı mövqelərimiz atəşə tutuldu
Video
13.06.2024 15:52
İyunun 12-si saat 10:05-dən
17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun
Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən
mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat
yayıb. "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri
görülüb" məlumatda deyilir.
tag: Naxçıvan, Atəş,Ermənistan, Şərur, Ordubad, Şahbuz, todaypress.az