NATO Rusiyanın gücünü etiraf etdi, Ukraynanın məğlubiyyəti qaçılmazdır

Video

03.08.2024 09:52

“Ukraynalıların əksəriyyəti Kiyevin Rusiya ilə münaqişədə qalib gəlməsini fantaziya hesab edir”.

TodayPress xəbər verir ki, bunu irlandiyalı jurnalist Çey Bous “X” sosial şəbəkəsində yazıb.

Bous qeyd edib ki, Ukraynanın qələbəsinə yalnız onun “ixtiraçılar” adlandırdığı Qərb ekspertləri inanır.

Bundan əvvəl britaniyalı ekspert Aleksandr Merkuris də bildirmişdi ki, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişədə məğlubiyyətin qaçılmaz olduğunu anlayır, lakin bunu qəbul edə bilmir. 

Merkuris hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları səbəbindən Kiyev daha ziddiyyətli hərəkətlər etməyə başlayıb. Ekspert əlavə edib ki, sanki hökumətin müxtəlif idarələri müstəqillik əldə edib və vahid siyasət yürütməyi dayandırıblar.

Qeyd edək ki, bundan öncə Qərb qüvvələri də etiraf etmişdi ki, NATO-nun Avropadakı komandanı Rusiyanın Ukraynada qələbə çalacağını gözləyir.

Töhfə Səməd


tag: Ukrayna, Rusiya, Münaqişə, Avropa, NATO, todaypress.az