NATO-nun 500 mindən çox əsgəri yüksək hazırlıq vəziyyətinə gətirdi

Video

22.07.2024 13:37

“Hazırda 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir”.

TodayPress xəbər verir ki, bu sözləri Alyansın sözçüsü Farah Daxlallah “CNN” telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, 2014-cü ildən bəri Alyans kollektiv müdafiə sahəsində yüksək səviyyəli transformasiyaya məruz qalıb. Onun sözlərinə görə, bu gün NATO ölkələri Rusiya ilə münaqişəyə tam hazırdırlar. 

Serbiya prezidenti Aleksandar Vuçiçin fikrincə, Qərb hərbi əməliyyatları başqasının vasitəsilə aparmağa üstünlük verir, çünki onlar Rusiya ilə birbaşa münaqişədən çəkinirlər. 

Rusiya ilə NATO arasında münaqişənin nə vaxt baş verə biləcəyi sualına isə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulev cavab verib. O, etiraf edib ki, NATO ilə Rusiya arasında tamhüquqlu silahlı münaqişə 2029-2030-cu illərdə başlaya bilər. Onun sözlərinə görə, Qərb indi “böyük müharibəni” gecikdirir. Bu, ABŞ-nin təkbaşına mübarizə aparmaq istəməməsi ilə bağlıdır. Bundan əlavə, Ukraynaya hərbi yardım sayəsində Qərbi Avropanın ehtiyatları xeyli tükənib. Sənayeni inkişaf etdirmək üçün vaxt lazımdır. 

Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ prezidenti Cozef Bayden də Rusiya ilə NATO arasında mümkün müharibə olacağını demişdi. Lakin Rusiya prezidenti Vladimir Putin bu iddiaları qəti şəkildə rədd etmişdi.

Töhfə Səməd


tag: NATO, Rusiya, Putin, ABŞ, bAYDEN, todaypress.az