NATO ilə Rusiya arasında müharibə təhlükəsi artır
Video
17.07.2024 14:38
“Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi onun NATO ilə müharibəsinin başlamasına səbəb ola bilər”.
TodayPress xəbər verir ki, bunu “Wirtualna Polska” nəşrinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
Polşa lideri sözlərinə Şimali Atlantika Alyansının artıq Rusiya ilə potensial silahlı münaqişəyə hazırlaşdığını əlavə edib.
Xatırladaq ki, iyulun 13-də Almaniyanın “Bild” və “Der Spiegel” nəşrləri NATO-nun şərq cinahında müharibə başlayacağı halda Almaniyanın əməliyyat planını dərc edib.
Plana görə, birbaşa qarşıdurma olarsa, 3-6 ay ərzində alyansın 800 min hərbi qulluqçusu şərqə köçürüləcək.
Günəş Mərd