NATO Fransanı Rusiya ilə müharibəyə sürükləyir

Video

08.10.2024 11:56

“Şimali Atlantika Alyansı Fransanı Rusiya ilə müharibəyə sürükləmək istəyir, ona görə də Paris dərhal NATO-dan çıxmağa qərar verməlidir”.

TodayPress xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot özünün “X” sosial şəbəkə hesabında yazıb. 

“Bu dəlilikdir! “Die Welt” qəzeti Rusiyaya qarşı əlavə 49 briqadanın yaradılmasını tələb edən NATO planlarını dərc edib. Alyans Fransanı daimi müharibəyə sürükləmək istəyir: sülh naminə bu hərbi bloku tərk edək!” deyə siyasətçi qeyd edib.  

Filippotun sözlərinə görə, hərbi münaqişənin daha da alovlanması NATO-nun yeni Baş katibi Mark Rutte üçün prioritetdir.

Günəş Mərd

tag: NATO ,Fransa ,Alyans ,Münaqişə ,Mark Rutte ,todaypress.az