Natəmiz küçələr, üfunət qoxulu məhəllələr - “Sevgi şəhəri” turistləri məyus etdi
Video
20.07.2024 10:17
Əsrlərdir dünyanın hər yerindən ziyarətçi cəlb edən Parisə bu il xarici turistlərin sayında ciddi azalma müşahidə olunub.
TodayPress xəbər verir ki, 1980-ci illərdə edilən bir araşdırma xarici turistlərin böyük marağına səbəb olan Parisin, bəzi insanlarda sindroma gətirib çıxardığını müəyyən edib. Bununla bağlı təfərrüatlar “The Independent” jurnalında dərc olunub. Bu sindroma tutulanlar Parisi görməsələr belə, onun valehedici olduğuna inanır və hər zaman buranı ziyarət etməyin xəyalını qururlar.
Nəşr “Paris sindromu”nun bir çox insanda hələ də davam etdiyini, lakin təsirinin getdikcə yoxa çıxdığını qeyd edib. Araşdırma zamanı turistlərin böyük əksəriyyətinin “xəyallarının şəhəri”ni gördükdən sonra məyus olduğu ortaya çıxıb. Səbəb isə sevgililər şəhəri kimi tanınan Parisin Eyfel qülləsindən başqa heç bir cəlbedici məkanının olmamasıdır. Natəmiz küçələr, üfunət qoxulu məhəllələr ziyarət edənlərin “Paris sindromu”na son qoyub.
Hazırda insanların həddindən artıq romantik saydığı Paris, yerini Yaponiya və Cənubi Koreya kimi ölkələrə verir. Mütəxəssislərin fikrincə, hətta “Paris sindromu” yaxın müddətdə öz yerini “Asiya sindromu” ilə əvəzlənəcək.
Günəş Mərd
tag: Paris, Natəmizlik, Küçələr, İnsanlar, Məyusluq, todaypress.az