NASA-dan xəbərdarlıq: ASTEROİD GƏLİR

Video

15.09.2024 16:07

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin çox yaxınından keçəcəyi gözlənilən "2024 ON" adlı böyük asteroidlə bağlı mühüm xəbərdarlıq edib.   

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu asteroidin Yerlə toqquşma ehtimalı az olsa da, kiçik toqquşma böyük nəticələrə səbəb ola bilər.   

Bu nəhəng asteroid "2024 ON" kimi tanınır və Yerin yaxınlığından keçən asteroidlər arasında ən təhlükəlisidr. 

NASA-nın açıqlamasına görə, “2024 ON” adlı asteroid 2024-cü il sentyabrın 15-də Yer kürəsinin yaxınlığından keçəcək. Onun diametri 213 metrdən çoxdur.

Bu ölçü təxminən 60 mərtəbəli binanın hündürlüyünə bərabərdir. NASA-nın Yerə Yaxın Obyekt İzləmə Proqramı tərəfindən ilk dəfə aşkar edilən bu asteroidin Yerlə Ay arasındakı məsafənin təxminən 2,6 qatından keçəcəyi gözlənilir.

tag: NASA, Asteroid , Yer ,İzləmə Proqramı ,Todaypress.az